"Mançester Siti"nin divarı uçdu

13 Fevral 2025 16:46 (UTC+04:00)

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Manuel Akanci mövsümü erkən başa vura bilər.

29 yaşlı müdafiəçinin zədə səbəbindən yayadək matçlarda iştirak etməmək ehtimalı var.

İsveçrəli oyunçu İspaniya təmsilçisi "Real"a evdə 2:3 hesabı ilə uduzduqları Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında sıradan çıxıb.

Qeyd edək ki, Manuel Akanci cari mövsüm 30 oyunda bir məhsuldar ötürmə ilə yadda qalıb.

AzNews.az