Gövhər uddu, Şəhriyar heç-heçə oynadı - FİNAL MÜBARİZƏSİ

13 Fevral 2025 20:09 (UTC+04:00)

Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin ilk oyunları keçirilib.

Kişi şahmatçıların finalında Şəhriyar Məmmədyarovla Rauf Məmmədov heç-heçə oynayıb.

Qadınların həlledici görüşündə isə Gövhər Beydullayeva Günay Məmmədzadəyə qalib gəlib.

3-cü yer uğrunda partiyada Ülviyyə Fətəliyeva Gülnar Məmmədovadan güclü olub. Sabah medallar uğrunda görüşlərdə cavab partiyaları oynanılacaq.

Qeyd edək ki, kişilərin yarışında qalib 20 min, qadınlarda isə 10 min manat qazanacaq.

AzNews.az