Polşa və ABŞ Ukraynaya qoşun yox, şirkətlər göndərməyə hazırlaşır - TƏZƏ NARRATİV

14 Fevral 2025 19:10 (UTC+04:00)

Polşa və ABŞ Ukraynaya qoşun yox, öz ticarət firmalarını göndərə bilər .

Bu barədə Polşanın baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış məlumat verib.

“Bu, Polşanın roludur və onu inkişaf etdirmək lazımdır – Ukraynaya qoşun göndərmək yox, maddi-texniki təminat. Bizim edə biləcəyimiz şirkətlərimizi ABŞ ilə Müştərək Müəssisə (iştirakçıların ümumi məqsədə çatdıqları biznes tərəfdaşlığı. - Red.) formatında Ukraynaya göndərməkdir”,

- o, ABŞ-nin müdafiə naziri Pit Heqsetlə birgə konfrans zamanı deyib.

O qeyd edib ki, müdafiə sənayesinə sərmayə qoyan şirkətlər Ukrayna ərazisində yerləşdirilməlidir.

Onun fikrincə, bu, Ukrayna və NATO-nun təhlükəsizliyini təmin edəcək.

Mövsüm

Aznews.az