"Daşım meteoritdir" - Teleaparıcı sensassiyaya səbəb oldu

14 Fevral 2025 20:31 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə tanınmış aparıcı Leyla Mustafayeva evinin bağçasına meteorit düşdüyünü bildirmişdi.

AzNews.az xəbər verir ki, aparıcı sosial şəbəkədə paylaşım edərək həmin daşın meteorit olduğunun təsdiqləndiyini yazıb.

Onun sözlərinə görə, Geologiya və Geofizika İnstitutu tərəfindən daşın meteorit olduğu rəsmi şəkildə təsdiq olunub.

“Bu da nəticə. Daşım meteoriddir”, - aparıcı qeyd edib.

AzNews.az