Neftçalada ailə faciəsi: Ər arvadını qətlə yetirdi

16 Fevral 2025 23:13 (UTC+04:00)

Neftçala rayonunda qətl hadisəsi baş verib.

Hadisə rayonun Qaramanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 1973-cü il təvəllüdlü Tağıyeva Şəhla Telman qızı ailə münaqişəsi zəminində əri tərəfindən çoxsaylı bıçaq zərbəsi alıb.

Yaralı qadın Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az