Fransada sənaye sektoru tarixinin ən böyük çıxılmaz vəziyyətinə düşüb....
Dünyanın bir çox ölkəsi COVID-19 pandemiyasından sonra iqtisadi bərpa səylərinə müraciət etsə də, Fransanın sənaye sektoru gözlənildiyi kimi bu prosesin öhdəsindən gələ bilməyib.
2024-cü ilin dekabrına olan məlumata görə, Fransanın sənaye istehsalı 2020-ci ilin yanvar ayı ilə müqayisədə 8 faiz azalıb.
Bu azalma göstərir ki, Fransa sənayesi pandemiyadan sonra tez bir zamanda bərpa oluna bilməyib və istehsal səviyyəsi hələ də əvvəlki səviyyələrdən geri qalır.
Fransanın istehsal sektorundakı daralma 2024-cü ilin dekabrında daha qabarıq şəkildə özünü göstərdi.
S&P Global məlumatlarına görə, HCOB Fransa İstehsalat Satınalma Menecerləri İndeksi (PMI) noyabr ayında 44,5 faizdən 43,1 faizə enərək istehsal fəaliyyətinin əhəmiyyətli dərəcədə azaldığını göstərir.
Mövsüm
Aznews.az