Ukrayna prezidenti Volodimir Zelenski bu günə qədər Rusiya-Ukrayna müharibəsində 46 mindən çox ukraynalı əsgərin həlak olduğunu və işğal olunmuş əraziləri heç vaxt Rusiya ərazisi kimi qəbul etməyəcəklərini bəyan edib.
Zelenski ABŞ-də yerləşən "NBC News" telekanalına müsahibəsində Rusiya-Ukrayna müharibəsi ilə bağlı hadisələri dəyərləndirib.
Ukrayna ordusunun itkilərinə toxunan Zelenski "46 mindən çox Ukrayna əsgəri həlak olub" deyib.
Təxminən 380 min Ukrayna əsgərinin yaralandığını qeyd edən Zelenski, on minlərlə ukraynalının müharibə səbəbilə itkin düşdüyünü və ya əsir düşdüyünü, 19 min 500 uşağın zorla Rusiyaya qaçırıldığını bildirib.
ABŞ prezidenti Donald Trampın müharibəyə son qoymaq təşəbbüslərini dəyərləndirən Zelenski, ötən həftə onunla telefonla danışdığını bildirib.
O bəyan edib ki, Avropa da masa arxasında olmalıdır.
Zelenski Trampın Rusiya prezidenti Vladimir Putini sülh danışıqlarına məcbur etmək imkanının olduğuna inandığını bildirib.
Ukrayna prezidenti vurğulayıb ki, Avropa, eləcə də ABŞ, Ukrayna və Rusiya müharibənin ədalətli başa çatması üçün mümkün danışıqlar masasında olmalıdır.
Rusiyanın ötən həftə Çernobıl Atom Elektrik Stansiyasına hücum etdiyini xatırladan Zelenski, Putinin məqsədinin müharibəni davam etdirmək olduğunu müdafiə etdi.
Ukrayna prezidenti: "Biz işğal olunmuş ərazilərimizi Rusiya ərazisi kimi qəbul etməyəcəyik. Bunu heç vaxt etməyəcəyik",- deyə vurğulayıb.
Zelenski ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun yaxın günlərdə Kiyevə gələcəyini və iki ölkənin nümayəndə heyətlərinin Trampla görüşmək üçün səylərini davam etdirdiyini bildirib.
Müharibə davam edərkən ABŞ-nin hərbi yardımının onlar üçün son dərəcə vacib olduğunu vurğulayan Zelenski, “ABŞ-nin dəstəyi olmadan sağ qalmaq şansımız çox azdır”,- deyə yekunlaşdırıb.
Mövsüm
Aznews.az
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ və ölkəsi arasında mineral ehtiyatlar üzrə əməkdaşlıq sazişi ilə bağlı suala cavab verib ki, hazırlanacaq sənəddə Ukrayna üçün təhlükəsizlik təminatları nəzərdə tutulmalıdır.