Mask Almaniyanı yenidən azad etməyə çağırır

17 Fevral 2025 21:24 (UTC+04:00)

Milyarder və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask müasir Almaniyanın yenidən azad edilməsinin zəruriliyi ideyasını dəstəkləyib.

O, X sosial şəbəkəsində müvafiq yazı dərc edib.

Maskın yazısı yazıçı Devon Eriksenin “Almaniyanı yenidən azad etməyin vaxtıdırmı?” ritorik sualına cavab idi. Eriksen Almaniyada polisin insanları irqçi yazılara görə həbs etməsindən bəhs edən Amerika televiziya şousunun reportajını belə şərh edib.

Mövsüm

Aznews.az