Azərbaycanın İndoneziyadakı səfiri Ramil Rzayev etimadnaməsinin surətini bu ölkənin Protokol və Konsulluq Məsələləri üzrə Baş direktor – Dövlət Protokolu rəhbəri Endi Raçmiantoya təqdim edib.
Bu barədə indoneziyalı diplomat sosial şəbəkədə yazıb.
“Azərbaycanın İndoneziya Respublikasındakı yeni səfiri Zati-aliləri Ramil Əbil oğlu Rzayevin etimadnamənin surətini təqdim etmək üçün nəzakət ziyarətini qəbul etdim. Xoş gəlmisiniz, cənab Səfir!”, – o qeyd edib.
Xatırladaq ki, ötən ilin dekabrında Ramil Rzayev Azərbaycanın İndoneziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdi.
AzNews.az