İsveç və Finlandiya Ukrayna ilə bağlı məsələləri müzakirə etmək üçün görüşlər keçirib

18 Fevral 2025 21:13 (UTC+04:00)

Finlandiyanın “Helsingin Sanomat” qəzeti və İsveçin “Aftonbladet” nəşri yazıb ki, İsveç və Finlandiya Ukrayna ilə bağlı məsələləri müzakirə etmək üçün öz parlamentlərinin iclaslarını çağırıb.

“Aftonbladet”in məlumatına görə, İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqaard Ukrayna məsələsini müzakirə etmək üçün parlamentin təcili çağırıldığını elan edib. Stenerqaard Ukraynanı dəstəkləməyin İsveçin əsas xarici siyasət hədəfi olduğuna diqqət çəkib.

Nəşr nazirin sözlərindən sitat gətirir: “Bu çox ciddi vəziyyətdə biz İsveçdə bir araya gəlməli və Ukrayna ətrafında toplaşmalıyıq”.

Mövsüm

Aznews.az