Daşkəsəndə gənc oğlan pilləkəndən yıxılaraq ölüb

18 Fevral 2025 23:11 (UTC+04:00)

Daşkəsəndə bədbəxt hadisə baş verib.

Aznews.az xəbər verir ki, hadisə Daşkəsən şəhərində yerləşən binaların birində qeydə alınıb.

1999-cu il təvəllüdlü E.Vəliyev binanın 2-ci mərtəbəsinin pilləkənindən 1-ci mərtəbəsinə yıxılıb.

Gənc oğlan aldığı ağır xəsarətdən hadisə yerində ölüb.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.