Litva Ukraynaya qoşun yeritməyə hazır olmadığını bildirir

18 Fevral 2025 19:13 (UTC+04:00)

Litva hələlik öz hərbi kontingentini Ukraynaya göndərməyi müzakirə etməyə hazır deyil.

Bunu Litva prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Asta Skaysgirite yerli “Zinių” radiostansiyasının efirində deyib.

“Biz, şübhəsiz ki, [hərbi] təlimatçılarla Ukraynaya həqiqətən kömək edə bilərdik. Lakin hazırda biz hər hansı hərbi kontingentin göndərilməsindən danışmırıq”, – Litva Milli Radio və Televiziyası onun sözlərini sitat gətirir.

Skaysgiryte əlavə edib ki, sülhməramlılarını göndərməzdən əvvəl Avropa ölkələri ilk növbədə öz əsgərlərinin təhlükəsizliyini düşünməlidir.

Mövsüm

Aznews.az