ABŞ-nin Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru vəzifəsinə namizəd Keş Patel çərşənbə axşamı Senatda prosedur səsverməsindən keçib.
Iclası C-SPAN telekanalı yayımlayıb.
Patelin lehinə 48 qanunverici səs verib, 45 nəfər isə onun əleyhinə səs verib. ABŞ Konqresinin yuxarı palatası hazırda hakim Respublikaçılar Partiyasının nəzarəti altındadır.
Fevralın 13-də Senatın Hüquq Komitəsi Patelin bu vəzifəyə namizədliyinin təsdiqlənməsinə səs verib. Hazırda ABŞ Prezidenti olan Respublikaçı Donald Tramp 2024-cü ilin noyabr ayının sonunda Patelin FTB-nin rəhbəri vəzifəsinə namizədliyini irəli sürüb. (report)
AzNews.az