Aİ daha səkkiz rus mediasının Avropada yayımını qadağan edəcək

19 Fevral 2025 17:15 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) ölkələri Rusiya Federasiyasına qarşı bu dəfə ölkənin alüminium sənayesinə və Rusiya KİV-lərinin Avropada yayımına yönəlmiş məhdudiyyətlərin yeni siyahısını təsdiqləyib.

Bu barədə Fransanın "AFP" agentliyi məlumat yayıb .

Beləliklə, Aİ daha 13 Rusiya bankını SWIFT qlobal ödəniş sistemindən ayıracaq və səkkiz Rusiya KİV-inin Avropada yayımını qadağan edəcək.

Mövsüm

Aznews.az