Kolumbiyanın paytaxtı Boqotanın mərkəzində naməlum şəxslər bir qrup şəxsə partlayıcı atıb, nəticədə 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
Bu "El Colombiano" qəzeti məlumat yayıb.
“Boqotanın mərkəzindəki San Bernardo məhəlləsində qumbaranın partlaması nəticəsində 1 nəfər ölüb, azı 7 nəfər yaralanıb”, - nəşr yazır.
Artıq hakimiyyət orqanlarının araşdırma apardığı qeyd edilir. Ehtimallara görə, buna səbəb cinayətkar qruplaşmalar arasında hesablaşmalar ola bilər.
Mövsüm
Aznews.az