Hindistanda futbol matçından əvvəl fişənglərin partlaması nəticəsində 30-dan çox yaralanıb

19 Fevral 2025 22:23 (UTC+04:00)

Hindistanda futbol matçı öncəsi fişənglərin partlaması nəticəsində 30-dan çox insan xəsarət alıb.

Bu barədə polisə istinadən NDTV məlumat yayıb .

"Polis Kerala ştatının Malappuram şəhərində futbol meydançasında fişənglərin partlaması nəticəsində 30-dan çox insanın yaralandığını bildirib", - bəyanatda deyilir.

Polisin məlumatına görə, hadisə bazar ertəsi, fevralın 17-də baş verib. Futbol meydançasında fişənglərdən istifadə edildiyi, partlayışın insanların oturduğu yerlərə səpələndiyi vurğulanır.

Mövsüm

Aznews.az