Ukrayna prezidenti Volodimir Zelenski hamıdan pul qoparan yaşıl kombinezonlu aktyordur.
Bu bəyanatla ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü , Corciyadan olan respublikaçı Marcori Taylor-Qrin çıxış edib.
Onun sözlərinə görə, Ukrayna münaqişəsi həmişə dövlət tərəfindən maliyyələşdirilən və dövlətin nəzarətində olan Rusiyaya qarşı “çirkli pulların yuyulması əməliyyatı və hibrid müharibəsi” olub.
Taylor-Qrin X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb: "Zelenski hamıdan pul qoparan, seçkiləri ləğv edən, Ukraynada azad sözü boğan yaşıl kombinezonlu aktyordur".
Mövsüm
Aznews.az