AK böhranın həlli üçün Kişinyovla əməkdaşlığa hazır olduğunu bəyan edib

20 Fevral 2025 12:54 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) respublikada və Dnestryanı bölgədə enerji böhranının həlli üçün Moldova hökuməti ilə əməkdaşlığa hazırdır.

Bu barədə Avropa Komissiyası (AK) məlumat verib.

"Aİ Dnestr çayının hər iki sahilindəki enerji böhranını həll etmək üçün Moldova hökuməti ilə işləməyə hazırdır", - onlar bildiriblər.

Bundan əvvəl Avropa Komissiyası Moldovanın enerji müstəqilliyi strategiyasının bir hissəsi olaraq Dnestryanı sakinlərə “müəyyən şərtlərlə” 60 milyon avro təklif edildiyini açıqlamışdı.

Mövsüm

Aznews.az