Çexiyada supermarketə bıçaqla hücum nəticəsində iki qadın həlak olub

20 Fevral 2025 18:46 (UTC+04:00)

Çexiyada supermarketdə bıçaqlı hücum nəticəsində iki qadın ölüb.

Bu barədə "Novinky.cz" portalı məlumat yayıb.

"Hradec Kralove polisi cümə axşamı səhər ticarət mərkəzində 16 yaşlı oğlanın iki qadına hücum etdiyi ikiqat qətli araşdırır", - məlumatda deyilir.

Bıçaq xəsarətləri alan qadınlar xəstəxanaya yerləşdirilsə də, onları xilas etmək mümkün olmayıb.

Mövsüm

Aznews.az