İspaniya FF-nin sabiq prezidenti qadın futbolçu ilə öpüşdüyünə görə cərimələnib

20 Fevral 2025 21:00 (UTC+04:00)

İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş rəhbəri Luis Rubiales futbolçu Cennifer Hermoso ilə razılığı olmadan öpüşdüyünə görə 10 min 800 avro cərimələnib.

Bu barədə “Tribuna Valyadolid” qəzeti məlumat yayıb.

Rubiales və Hermoso ilə bağlı insident 2023-cü ilin avqustunda Avstraliyada Qadınlar arasında Dünya Kubokunun qaliblərinin mükafatlandırılması mərasimi zamanı baş verib. İspaniya Futbol Federasiyasının sabiq rəhbəri İspaniya millisinin tarixinin bombardiri olmuş Hermosonun dodaqlarından öpüb.

"Öpüş, eyforiyanın və qadın futbolunda görünməmiş uğurun ortasında Rubialesin rüsvayçı hərəkəti idi və bu, cərimə ilə cəzalandırılmalıdır", - hakim bildirib.

Mövsüm

Aznews.az