Almaniyanın paytaxtı Berlində ictimai nəqliyyatda 48 saatlıq tətil başlayıb.
Berlin Nəqliyyat Korporasiyası (BVG) əməkdaşlarının bu gün saat 03:00-da başlayan tətili ilə əlaqədar paytaxtda avtobus, metro və tramvay hərəkətləri ləğv edilib.
Berlinlilərin metro (U-Bahn), tramvay (Straenbahn) və avtobus xətlərindən istifadə edə bilməyəcəkləri tətil fevralın 22-si şənbə günü saat 03:00-da başa çatacaq.
BVG rəhbərliyinin etdiyi ikinci təklifin də işçilər tərəfindən qeyri-adekvat tapıldığını açıqlayan Ver.di həmkarlar ittifaqı 16 min işçinin aylıq maaşının 750 avro artırılması, 13-cü maaş ödənişi, sürücülərə 300 avro, növbəli işçilərə isə 200 avro əlavə ödəniş tələb edir.
BVG rəhbərliyi 2028-ci ilə qədər əmək haqqının tədricən 17,6 faiz artırılmasını təklif edib və növbəli işçilərə və sürücülərə əlavə 200 avro təklif edib. BVG rəhbərliyi Ver.di-nin tətil qərarını "şişirdilmiş" kimi qiymətləndirib.
O, işçilərin tələblərinin şirkətə ildə 250 milyon avro əlavə yük qoyacağını bildirib. Ver.di həmkarlar ittifaqı martın 21-də danışıqlarda razılıq əldə olunmasa, müddətsiz tətilə başlaya biləcəklərini açıqlayıb.
Berlində BVG-nin sonuncu böyük tətili 2008-ci ildə baş vermiş və 6 həftə davam etmişdir.
Mövsüm
Aznews.az