Səudiyyə Ərəbistanı milli valyutası olan rial üçün yeni simvolu istifadəyə verib.
Bu simvol ölkənin maliyyə kimliyini gücləndirmək və Səudiyyə Ərəbistanının mədəni irsini əks etdirmək məqsədi daşıyır.
Yeni simvol ərəb xəttatlığından ilhamlanıb və Səudiyyə Ərəbistanının zəngin mədəniyyət tarixini simvollaşdırır.
Bu yenilik Səudiyyə riyalının yerli, regional və beynəlxalq maliyyə əməliyyatlarında daha asan və tanınacaq şəkildə istifadə edilməsinə imkan verəcək.
Səudiyyə Ərəbistanı Mərkəzi Bankı (SAMA) simvolun ən yüksək texniki standartlara uyğun tərtib edildiyini və bu dizaynın Krallığın mədəni dəyərlərini əyani şəkildə təcəssüm etdirməyə yönəldiyini bildirib.
Mövsüm
Aznews.az