Avropa İttifaqı Şurası (Aİ) və Avropa Parlamenti (AP) Moldovada islahatlara demək olar ki, 2 milyard avro ayırmağa razılaşıb .
Moldovaya yardım paketinin 2025-ci ildən 2027-ci ilə qədər ölkəni dəstəkləyəcəyi vurğulanır.
Aİ-nin 385 milyon avroya qədər qrant və 1,5 milyard avro kredit ayıracağı gözlənilir, bu da uzun müddətə və əlverişli faiz dərəcələrinə malikdir.
“Biz Moldovanı Aİ-yə üzvlük yolunda dəstəkləməkdə qərarlıyıq, bu təlatümlü zamanlarda bizim borcumuzdur. Bu paket moldovalılara əsas islahatlar aparmağa, iqtisadiyyatlarını gücləndirməyə və Aİ-nin vahid bazarına inteqrasiyasını sürətləndirməyə kömək edəcək”, - Polşanın Avropa məsələləri üzrə naziri Adam Szlapka bildirib.
Mövsüm
Aznews.az