Nurlan Qəhrəmanlı barəsində həbs qətimkan tədbiri seçilib

21 Fevral 2025 15:23 (UTC+04:00)

“Meydan tv” işi üzrə saxlanılan Nurlan Qəhrəmanlı (Libre) barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə qərar verilib.

Qərara əsasən, o, 1 ay 17 gün müddətə həbs olunub.

Qeyd edək ki, Nurlan Qəhrəmanlı ötən gün saxlanılıb.

AzNews.az