Ukrayna Ali Məhkəməsi Zelenskinin tətbiq etdiyi şəxsi sanksiyaları ləğv edib

21 Fevral 2025 15:59 (UTC+04:00)

Ukrayna Ali Məhkəməsi ilk dəfə olaraq Milli Təhlükəsizlik və Müdafiə Şurası (MDC) və Ukrayna prezidenti Volodimir Zelenskinin fərdi şəxsə qarşı sanksiya tətbiq etməsini qanunsuz hesab edib.

Bu barədə "Espreso" telekanalı məlumat yayıb.

Məhkəmə Milli Təhlükəsizlik və Müdafiə Şurasının 19 fevral 2023-cü il tarixli fərmanının etibarsız sayılmasına qərar verib və buna əsasən Fransa vətəndaşı Lui-Mişel Düreyə 10 il müddətinə şəxsi sanksiyalar tətbiq edilib.

Sanksiyalar arasında aktivlərin dondurulması, kapitalın çıxarılmasına qadağa, maliyyə öhdəliklərinin dayandırılması və Ukraynaya girişə qadağa daxildir. Məhkəmənin qərarından şikayət verilə bilər.

Mövsüm

Aznews.az