Venesuela Rusiya ilə ABŞ arasında yaxınlaşmanı dəstəkləyir

21 Fevral 2025 16:11 (UTC+04:00)

Moskva ilə Vaşinqton arasında siyasi dialoq sağlam düşüncənin təzahürüdür və hörmətə layiqdir.

Bu barədə Venesuela Milli Assambleyasının hakim koalisiyasından olan deputat Roberto Messuti məlumat verib.

“Düşünürəm ki, Rusiya ilə ABŞ arasında yaxınlaşma müsbətdir . Ölkələr arasında dialoq sülh istəyən, hər bir ölkənin suverenliyinə inanan və bütün xalqların qərarlarına hörmət edən hər kəsin alqışlarına layiqdir. Biz Rusiya kimi nəhəngin və döyüşkən ABŞ imperiyasının bir-birinin varlığını necə tanımasına nikbinliklə baxmalıyıq”, - Messuti deyib.

Eyni zamanda, Moskva ilə Vaşinqton arasında dialoqun Venesuelaya qarşı sanksiyaların ləğvinə töhfə verib-verməyəcəyi sualına cavab verərək, bunun baş vermə ehtimalının az olduğunu qeyd edib.

Mövsüm

Aznews.az