Nişanlısının təcridxanada məhkuma telefon keçirməsinin qarşısı alınıb

21 Fevral 2025 17:43 (UTC+04:00)

Bakı istintaq təcridxanasına məhkum üçün gətirilən sovqatın içərisində mobil telefonların keçirilməsinin qarşısı alınıb.

Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidməti məlumat yayıb.

Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində həbs olunmuş şəxs Əbdüləli Yadigar oğlu Quliyevə nişanlısı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman qazanın içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd işlək vəziyyətdə olan "Samsung" markalı mobil telefon aparatı, 2 ədəd elektrik qidalandırıcısı və 2 ədəd qulaqcıq aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

"Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır", - məlumatda qeyd olunub.

AzNews.az