HƏMAS və İsrail arasında atəşkəsdən sonra məhbus mübadiləsi prosesi davam edir.
Bu çərçivədə sabah keçiriləcək məhbus mübadiləsinin 7-ci turu öncəsi Həmasdan açıqlama gəlib.
HƏMAS-a bağlı Məhbuslar Media Ofisi yanvarın 19-da İsrail və HƏMAS arasında atəşkəs və əsir mübadiləsi razılaşmasına uyğun olaraq azad ediləcək fələstinlilərlə bağlı açıqlama verib.
Açıqlamada 50-si ömürlük, 60-ı ağır, 445-i Qəzzadan olmaqla 602 fələstinlinin sabah azad ediləcəyi bildirilib.
HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə sabah keçiriləcək məhbus mübadiləsinin 7-ci turunda 6 israilli məhbusun azad ediləcəyini açıqlayıb.
Mövsüm,
Aznews.az