"Azərbaycan Bayrağı" ordenli keçmiş döyüşçü minaya düşüb

21 Fevral 2025 19:04 (UTC+04:00)

İşğaldan azad olunmuş ərazidə mina hadisəsi baş verib.

Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı Ordeni" ilə təltif edilmiş Nağı İmanov mina partlayışı nəticəsində xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım heyəti cəlb edilib.

Onun səhhəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

AzNews.az