Tehranda keçirilən tədbirdə çıxış edən prezident Məsud Pezeşkian ABŞ- ilə danışıqların mümkünlüyünə toxunub.
Bu barədə İran dövlət televiziyası məlumat yayıb.
ABŞ-nin İrana qarşı "maksimum təzyiq" siyasətinə işarə edən Pezeşkian, "Biz danışıqlara getməyəcəyimizi demədik. Əvvəldən demişdik ki, danışıqlar aparmaq istəyirik, amma heç bir şərtlə danışıqlar aparmayacağıq. Sanksiya tətbiq edib sonra raket və ya silahınız olmasın və daha sonra müzakirələr aparaq deyirlər",-deyə qeyd edib.
Pezeşkiyan danışıqların hörmət çərçivəsində aparılmalı olduğunu bildirib və deyib:
"Türkcə bir şeirimiz var. Bu şəkildə öyrəşmişik. Orada deyilir: "Keçmə namərd körpüsündən, qoy aparsın sel səni, yatma Tülkü kölgəsində, qoy yesin Aslan səni". "Yəni namus və azadlıq. İnsanı Aslanda yesə, sel insanı aparsa belə, namərdlərin kölgəsindən qaçmaq lazımdır. Elə bilirlər ki, bizi hədə-qorxu ilə nəyəsə məcbur edə bilərlər. Biz insanıq, hörmətlə danışacağıq, amma təzyiqlərə boyun əyməyəcəyik".
ABŞ və İsrailin təhdidlərindən qorxmadıqlarını deyən Pezeşkian , "Bəziləri İsraildən qorxur, çünki Amerika onu dəstəkləyir, amma biz qorxmuruq və qorxmayacağıq. Cəmiyyətimizə belə yaraşır. Əminəm ki, Allahın köməyi ilə bütün problemlərimizi həll edəcəyik, lakin bu bir gecədə baş verməyəcək".
Mövsüm,
Aznews.az