Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin (DTXK) rəhbəri Kamçıbek Taşiyev və onun tacikistanlı həmkarı Saimumin Yatimov iki dövlətin sərhədlərinin delimitasiyası haqqında sənəd imzalayıblar.
Bu barədə "Economist.kg" nəşri Qırğızıstan hökumətinə istinadən məlumat yayıb.
“Biz ölkələr prezidentləri tərəfindən daha sonra imzalanmaq üçün bir sıra sənədlər hazırlamışıq: bu, sərhəd sazişi, su və enerji obyektləri haqqında saziş, yol kəsişməsindən istifadə və yeni yolların tikintisi haqqında sazişdir”, - deyə Taşiyev imzalama mərasimində bildirib.
O, bu günü Qırğızıstan və Tacikistan vətəndaşları üçün tarixi adlandırıb.
Mövsüm
Aznews.az