İki ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı ABŞ-Rusiya danışıqları davam edərkən, ABŞ prezidenti Donald Trampın Zelenskiyə qarşı bəyanatları Avropada xaosa səbəb olub.
Hər fürsətdə Ukraynaya dəstəyini təkrarlayan Fransa prezidenti Emmanuel Makron Ukrayna prezidenti Volodimir Zelenski ilə 4-cü dəfə danışıb.
Zelenski ilə Ukraynada qalıcı sülhü müzakirə etdiklərini deyən Makron, gələn həftə ABŞ-nin paytaxtı Vaşinqtona səfərini də müzakirə etdiklərini qeyd edib.
Makron dünən sosial media hesabından verdiyi açıqlamada ABŞ prezidenti Donald Trampa da müraciət edib.
Avropa dövlətlərinin masadan kənarda qalmaq istəmədiyi Ukraynada Rusiya ilə ABŞ arasında artan gərginliklə bağlı daha sərt sövdələşmələr aparılmalı olduğunu bildirən Makron, "Bunu deyəcəyəm (ABŞ prezidenti Donald Trampa): Putinə qarşı zəif ola bilməzsiniz. Bu, siz deyilsiniz, bu sizin parçanız deyil, bu sizin xeyrinizə deyil. Əgər Putinə qarşı zəifsinizsə, Çinə qarşı necə qınaq edə bilərsiniz?" demişdi.
Mövsüm
Aznews.az