Finlandiyadan Almaniyaya uzanan dənizaltı kabel İsveçin Baltik dənizindəki Qotland adası yaxınlığındakı müstəsna iqtisadi zonasında zədələnib.
Bu barədə ölkənin Sahil Mühafizəsinə istinadən SVT telekanalı məlumat yayıb .
Hadisə ilə bağlı İsveç Müdafiə Nazirliyi məlumat verib. Prokurorluq hadisənin hansı şəraitdə baş verdiyini aydınlaşdırmaq üçün araşdırmalara başlayıb.
"İstintaqın aparılmasına kömək etmək üçün hadisə yerinə gəmi göndərilir", - telekanal idarənin mətbuat xidmətinə istinadən xəbər verir.
Mövsüm
Aznews.az