Dünən Xocalıda minaya düşən Nağı İmanovun vəziyyəti açıqlanıb

22 Fevral 2025 11:53 (UTC+04:00)

Dünən Xocalıda minaya düşən Qarabağ müharibəsi iştirakçısı Nağı İmanovun vəziyyəti açıqlanıb.

TƏBIB-dən Aznews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu fevralın 21-də saat 20:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Partlayış travması, sağ baldırın aşağı 1/3-nin travmatik amputasiyası, posthemorragik şok ağır dərəcə diaqnozları təyin edilən pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti ağırdır".

Qeyd edək ki, minaya düşən Nağı İmanov Qarabağ müharibəsi iştirakçısıdır, "Azərbaycan Bayrağı Ordeni" ilə təltif edilib.