Əkrəm İmamoğlunun diplomu araşdırılır: o, rəsmi sənədləri saxtalaşdırmaqda ittiham olunur

23 Fevral 2025 00:08 (UTC+04:00)

Türkiyədə İstanbul Böyük Şəhər Bələdiyyəsinin başqanı, ana müxalifət partiyası CXP-nin prezidentliyə potensial namizədi Əkrəm İmamoğlunun ali təhsil diplomunun saxtalığı iddia olunur.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, İmamoğlu Kıprısda təhsil aldığı dövrdə İstanbul Universitetinin Menecment fakültəsinə keçid alıb. Bu keçidin qeyri-qanuni olması barədə iddialardan sonra prokurorluq Əkrəm İmamoğlunun təhsili ilə bağlı araşdırmaya başlayıb. Türkiyənin Yüksək Öyrətim Qurumu (YÖK) də bu iddiaları araşdırıb və raport hazırlayıb. Raport mediaya sızıb və məlum olub ki, Əkrəm İmamoğlu "rəsmi sənədlərdə saxtakarlıq" ittihamı ilə məhkəməyə verilə və diplomu ləğv oluna bilər. Diplomun ləğv olunduğu təqdirdə, İmamoğlunun prezidentliyə namizəd olması mümkünsüzdür.

AzNews.az