Bu gün avtobuslar 21:00-dək fəaliyyət göstərəcək

23 Fevral 2025 18:40 (UTC+04:00)

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar müxtəlif ərazilərdə avtobusların hərəkətində ciddi çətinliklər yaranıb.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyidən məlumat verilib.

Bununla əlaqədar olaraq, şəhərdaxili marşrutlar üzrə avtobuslar 21:00-dək fəaliyyət göstərəcək.

Sərnişinlərdən mənzil başına çatmaq üçün qeyd olunan vaxtadək ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur.