Yeniyetmə qız dəm qazından zəhərlənib

23 Fevral 2025 19:03 (UTC+04:00)

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

Aznews.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki 15 yaşlı M.İ zəhərlənmə diaqonzu ilə xəstəxanaya yerləşdirilib.

Yeniyetməyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, yeniyetmə yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Fakt araşdırılır.