Xocalı sakini: Artıq doğma evimizdə, öz ocağımızın istisində yaşayacağıq

24 Fevral 2025 12:32 (UTC+04:00)

Bundan sonra doğma evimizdə, öz ocağımızın istisində yaşayacağıq.

Bunu “Report”un Qarabağ bürosunun əməkdaşı ilə söhbətində Xocalı rayonunun Ballıca kənd sakini Əsli Ağaməmmədova deyib.

O, məcburi köç həyatına son qoyulmasından məmnun olduğunu bildirib:

“Bu gün uzun zamandan sonra kəndimizə, yenidən bərpa olunan evimizə gedirik. Həqiqətən, çox həyəcanlıyam. İllərdir, neçə yerə köç etmişik, ömrümüzün çox hissəsi şəraitsiz yerlərdə yaşamaqla keçib.

Müxtəlif bölgələrə köç etməklə keçən həyatımıza artıq birdəfəlik son qoyuldu”.

Aznews.az