Aİ enerji və nəqliyyat sektorlarında Suriyaya qarşı sanksiyaları dayandırıb

24 Fevral 2025 15:41 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) enerji və nəqliyyat sektorlarında Suriyaya qarşı sanksiyaları dayandırıb.

Bu barədə Avropa Şurasının saytında dərc edilmiş sənəddə qeyd olunur.

Bu tədbirin Avropa İttifaqının Suriyada inklüziv siyasi keçidə, habelə onun sürətli iqtisadi bərpasına, yenidən qurulmasına və sabitləşməsinə dəstək səylərinin bir hissəsi olduğu vurğulanır.

“Aİ Suriya, onun xalqı və biznesləri ilə enerji və nəqliyyatın əsas sahələrində, eləcə də bu sektorlarla bağlı maliyyə və bank əməliyyatlarında, habelə humanitar və yenidənqurma məqsədləri üçün zəruri olan əməliyyatlarda əlaqəni asanlaşdırmağa çalışır”, - nəşr yazır.

Mövsüm

Aznews.az