Burada olduğum üçün çox xoşbəxtəm.
Bunu Polşanın "Radomyak" klubuna keçən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov deyib.
Komandanın mətbuat xidmətinə açıqlama verən 25 yaşlı hücumçu azarkeşlərə müraciət edib:
"Cümə günü hər kəsi görmək istəyirəm".
Qeyd edək ki, "Radomyak" fevralın 28-də Polşa çempionatının XXIII turunda "Vidzev"i qəbul edəcək. Komanda hazırda Polşa çempionatında 22 turdan sonra 24 xalla 18-ci sırada qərarlaşıb.
AzNews.az