Azərbaycanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 20 % artıb

24 Fevral 2025 16:37 (UTC+04:00)

2024-cü ildə Azərbaycanda dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 37,6 milyon manat vəsait daxil olub ki, bu da 2023-cü illə müqayisədə isə 20,1 % çoxdur.

AzNews.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, illk daxilolmaların 7,3 milyon manatı qeyri-yaşayış sahələrinin, 30,3 milyon manatı isə torpaq sahələrinin icarəsi hesabına təmin edilib.

Hesabat dövründə 4 099 yeni icarə müqaviləsi bağlanılıb ki, bu da illik müqayisədə 15 % çoxdur. İcarə müqavilələrinin 646-sı qeyri-yaşayış sahələrinə, 3 453-ü isə torpaq sahələrinə aid olub.