AMB Berlin Qrup üzrə Açıq Maliyyə işçi qrupuna müşahidəçi qismində üzv olub

24 Fevral 2025 18:00 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) Berlin Qrup üzrə Açıq Maliyyə işçi qrupuna səsvermə hüququ olmayan müşahidəçi qismində üzv qəbul olunub.

AzNews.az AMB-yə istinadən xəbər verir ki, bu üzvlük innovasiyaların təşviqi və tənzimləmə çərçivəsinin beynəlxalq standartlara uyğunlaşdırılmasına mühüm töhfə verəcək.

Həmçinin qurum üzvlük çərçivəsində açıq bankçılıq və açıq maliyyə sahəsində aparıcı təşkilatlarla və tənzimləyicilərlə əməkdaşlıq edərək ən yaxşı beynəlxalq təcrübələrdən yararlanmaq imkanı əldə edəcək.

Bununla yanaşı, üzvlük AMB-yə ölkədə inklüziv maliyyə ekosisteminin formalaşdırılması və maliyyə sektorunun dayanıqlılığının artırılması istiqamətində mühüm təşəbbüslər həyata keçirməyə imkan verəcək.

Berlin Qrup maliyyə sektorunda standartların və innovativ həllərin inkişafına yönəlmiş nüfuzlu beynəlxalq təşəbbüsdür. 2004-cü ildə təsis edilmiş bu qrup vahid avro ödəniş sahəsi (SEPA) çərçivəsində banklararası əməliyyatlarda qarşılıqlı əlaqəni artırmağı və səmərəli pərakəndə ödəniş bazarını təşviq etməyi hədəfləyir.

AzNews.az