NATO Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzində (DGMM/MARSEC COE) Azərbaycanın şəxsi heyəti daimi fəaliyyət göstərəcək.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın NATO Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzinə qoşulması ilə bağlı texniki razılaşma imzalanıb.
NATO Müttəfiq Transformasiya Komandanlığındakı imzalanma mərasimində mərkəzin sponsor ölkələri – Türkiyə, Portuqaliya, Rumıniya və Yunanıstan nümayəndələri də iştirak edib.
Bu tənzimləmə ilə Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzində Azərbaycan bayrağı dalğalanacaq və mərkəzdə Azərbaycanlı şəxsi heyət daimi fəaliyyət göstərəcək.
AzNews.az