Nyu-York sahillərində qayığın batması nəticəsində 3 nəfər ölüb

24 Fevral 2025 18:27 (UTC+04:00)

Nyu-York sahillərində qayığın batması nəticəsində azı 3 nəfər ölüb, iki nəfər yaralanıb.

Bu barədə "NBC News" məlumat yayıb.

Hadisə zamanı qayıqda altı nəfərin olduğu dəqiqləşdirilir. Beş nəfər qayıqdan çıxarılaraq yerli xəstəxanalara çatdırılıb. Telekanal Nyu York polisinə istinadən xəbər verir ki, üç nəfər ölüb, birinin vəziyyəti ağır, digərinin vəziyyəti stabildir.

ABŞ Sahil Mühafizəsi hal-hazırda axtarış-xilasetmə əməliyyatı aparır, qeyd edilib ki, hadisə nəticəsində altıncı nəfər itkin düşmüşdür.

Mövsüm

Aznews.az