Trüdo münaqişə bitdikdən sonra Ukraynaya qoşun göndərəcəyini istisna etməyib

24 Fevral 2025 20:24 (UTC+04:00)

Kanada münaqişə bitdikdən sonra öz qoşunlarını Ukrayna ərazisinə yerləşdirmək imkanını istisna etməyib.

Kanadanın baş naziri Castin Trüdo bu barədə Kiyevdə keçirilən “ Ukraynaya dəstək” konfransında bildirib.

Yayım "YouTube" -da Mühafizəkar Siyasi Fəaliyyət Konfransının (CPAC) rəsmi kanalı tərəfindən aparılıb.

Kanadanın Ukraynada təhlükəsizliyin qorunmasına kömək etmək üçün qoşun göndərməyə hazır olub-olmayacağı ilə bağlı suala Trüdo deyib: “Ukraynaya necə kömək etmək bizim müttəfiqlərimizlə birlikdə üzərində işləyirik, lakin bütün variantlar masadadır”.

Belə ki, Kanadanın baş naziri izah edib ki, ölkə bu və ya digər şəkildə Kiyevin dəstəklənməsinə cəlb olunacaq. O, Kanadanın Ukraynaya kömək etmək üçün əlindən gələni etmək istədiyini vurğulayıb.

Mövsüm

Aznews.az