Bakıda və Abşeron yarımadasında havanın temperaturu yüksəlib - YENİLƏNİB

25 Fevral 2025 14:49 (UTC+04:00)

Saat 14:30-a olan məlumata əsasən hazırda ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunur.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, sarı xəbərdarlığa uyğun olaraq Zəngilanda 19 m/s, Mingəçevirdə 18 m/s, Göyçay və Qobustanda 16 m/s, Daşkəsən və Yardımlıda 15 m/s-dək qərb küləyi əsir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 8 dərəcəyədək isti, Naxçıvan MR-da 3, dağlıq rayonlarda 6, yüksək dağlıq ərazilərdə 13 dərəcəyədək şaxta qeydə alınıb.

10.10

Saat 10:00-a olan məlumata əsasən hazırda ölkə ərazisində şaxtalı hava şəraiti davam edir, gecə saatlarından yağıntılar tədricən kəsilib.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qarın hündürlüyü Zaqatalada (Əlibəy) 75, Qaxda (Sarıbaş) 50, Altıağacda 34, Lerikdə 58, Şəkidə 29, Qrızda 23, Oğuzda 21, Xaltan, Şamaxı və Daşkəsəndə 20, Neftçalada 18, Şahbuzda 16, Şahdağ və Qəbələdə 15, Göygöl və Yardımlıda 13, İsmayıllı və Lənkəranda 12, Quba və Balakəndə 11, Astara və Gədəbəydə 9, Qobustan , Naxçıvan, Sədərək, Qusar, Göyçay və Ordubadda 7, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində isə 8 sm-dir.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Aran rayonlarında 7, Naxçıvan MR-da və dağlıq rayonlarda 14, yüksək dağlıq ərazilərdə 21 dərəcəyədək şaxta qeydə alınıb.