KİV: Lionel Messi yenidən "Barselona"ya qayıdacaq

25 Fevral 2025 14:58 (UTC+04:00)

ABŞ təmsilçisi "İnter Mayami"nin futbolçusu, "Qızıl top" mükafatının 8 qat sahibi Lionel Messi mövsümün sonunda İspaniyanın "Barselona" klubuna keçəcək.

Bu barədə məşhur "DSports" telekanalının jurnalisti Aleks Kandal X sosial şəbəkə hesabında yazıb.

Argentinalı oyunçunun hazırkı müqaviləsinin müddəti 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.

Qeyd edək ki, 37 yaşlı Messi 2003-2021-ci illərdə "Barselona"nın əsas komandasında çıxış edib.

AzNews.az