Partiyası Xristian Sosial İttifaqı (CSU) ilə blokda parlament seçkilərində qalib gələn Xristian Demokrat İttifaqının (CDU) sədri Fridrix Merz Bundestaqdakı fraksiya sədri vəzifəsinə təsdiq edilib.
Bu barədə "Handelsblatt" qəzeti məlumat yayıb .
Məqalədə deyilir: “CDU/CSU parlament qrupu Fridrix Merzi yenidən sədr seçib".
Fraksiyanın təsis yığıncağında Merzin 98 faiz səs topladığı dəqiqləşib. Səsvermədə 205 deputat iştirak edib, onlardan 201-i XDİ liderinin lehinə səs verib. Qalan dörd məmur əleyhinə səs verib.
Mövsüm
Aznews.az