Böyük Britaniyanın müdafiə xərcləri 2027-ci ilə qədər ölkənin ümumi daxili məhsulunun (ÜDM) 2,5%-nə yüksələcək.
Bu barədə Krallığın baş naziri Key Starmer İcmalar Palatasında məlumat verib.
"Biz ÜDM-in 2,5%-ni müdafiəyə xərcləmək öhdəliyimizi yerinə yetirəcəyik və buna planlaşdırılandan daha tez nail olacağıq və 2027-ci ildə bu səviyyəyə çatacağıq", - deyə Starmer qeyd edib.
Bildirilib ki, Böyük Britaniya hazırda ÜDM-in 2,3%-ni müdafiəyə xərcləyir. Baş nazir bildirib ki, 2027-ci ildən krallığın bu məqsədlər üçün xərcləri hər il 13,4 milyard funt sterlinq (təxminən 16,95 milyard dollar) artacaq. Üstəlik, ölkənin kəşfiyyat və xüsusi xidmət orqanlarına ayıracağı vəsaiti də nəzərə alsaq, müdafiə xərcləri ÜDM-in 2,6%-nə çatacaq.
Mövsüm
Aznews.az