Ermənistan sülh müqaviləsi ilə bağlı Azərbaycanın cavabını alıb

25 Fevral 2025 21:41 (UTC+04:00)

İrəvan sülh müqaviləsi ilə bağlı Azərbaycanın cavabını alıb, digər sahələrdə - kommunikasiyaların açılması, silahların qarşılıqlı nəzarəti və yoxlanılması mexanizmi - hələ də cavabsız qalıb.

Aznews.az xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.

Qeyd edək ki, Azərbaycan 2024-cü ilin noyabrında sülh müqaviləsinin mətninə dair 11-ci təkliflər paketini Ermənistana göndərib.